Menu
Kateqoriyalar
Chat
Sorğu
Axtarış
Aktiv yazılar
Ana səhifə » 2012 Mart 9 » Gitaranın tarixi
9:46 AM Gitaranın tarixi | |
Gitaranın atası orta asiyada hazırlanmış uddur. Gitaranın atası orta asiyada hazırlanmış uddur. O zamanlar orta asiyadan köç edib avropaya gedən orta şərq Türkləri udu dəyişdirib başqa görünüş almasına səbəb olmuşlar. İlkin gitaralar İspaniyada barmaqla ifa olunurdu, daha sonra gitaraya 5 tel də əlavə olundu və az olan pərdələr 10-a çatdırıldı. Tellər yuxarıdan aşağıya doğru "la-re-sol-si-mi” olaraq akkordlanmağa başlandı. 1918-ci ilin sonlarına doğru yuxarı tərəfə bir qalın "mi teli” də əlavə olundu və tellərin sayı 6 ya çatdırıldı. Daha sonra 1919-cu ilin ortalarında Antonio De Torres alətə yeni bir nəzərə çarpacaq görünüş verdi. Bu dəfə gitaranın olçüləri əvvəlkinə nisbətən böyük idi. Yeni gitaraya vintli burğular taxıldı və sapdakı pərdə sayı artdı, səs gücləndi və daha aydın səslənməyə başladı. Sonralar isə gitara bir çox dəyişikliklərə uğradı. Folk və caz musiqisində istifadə olunan gitaralara polad tellər taxıldı. 1920-ci ildə elektro gitarayarandı. Elektro gitara sayəsində gövdə rezonans qutusu olmaqdan çıxmış onun yerinə amplifikator deyilən elektronik səs yüksəldici yerləşdirilmişdir. Elektro gitara yarandıqdan sonra gitaranın müxtəlif növləri artmağa başlamışdır. Üzərində amplifikator yerləşdirilmiş gitaralar, 12 telli gitaralar, cüt gitaralar (üstdə 12 telli altda 6-7 telli), 7 telli gitaralar, pərdəsiz gitaralar, headless (başsız) gitaralar mövcuddur. Gitara növləri Qalın və oyulmamış gövdəyə sahib olan elektro gitarada tellərdən gələn səs maqnetiklər tərəfindən elektrik siqnallarına çevrilib yüksəldiciyə ötürülür. Ümumiyyətlə pena ilə çalınır. Maqnetiklərin titrəyişi qəbul etməsi üçün polad tel istifadə olunur. Elektro gitara bəsit bir üsulla tellərin titrəyişini gövdəsində yerləşən maqnetiklər sayəsində elektrikə çevirən və belecə amplifikatora qoşulduğunda yüksək səs alına bilən gitaradır. Digər gitaralar kimi elektro gitaralar da sap, gövdə və baş olmaqla üç əsas hissədən ibarətdir. Amma bəzi elektro gitaralarda baş hissə yoxdur. Gitarada gövdə, maqnetikləri, səsin tonu və səviyyəsini tənzimləyən idarə etmə dövrərələrini ehtiva edən və tellərin bir ucunun bağlandığı hissədir. Tellər, körpü adı verilən metal donanm üzərindən keçərək gövdəyə ya da körpünün özünə bağlanılır. Tellərin altında, körpü ilə sap arasında yerləşən, tellərin mexaniki titrəyişini elektrikə çevirən maqnetiklər, gövdənin içinə yerləşdirilən elektron səs-tonları idarə dövrəsinə bağlıdır. Bu dövrə maqnetiklərdən gələn siqnalın, amplifikatora getmədən öncə tonunda və səs səviyyəsində dəyişiklik etmək üçün istifadə olunur. Ayrıca gövdədəki maqnetik seçici açar, səsin tonunu dəyişdirmək üçün istənilən maqnetik və ya maqnetiklərin seçilməsini təmin edir. Gövdənin sapla birləşdiyi alt tərəf, sapın gövdə içindəki pərdələrinə asanlıqla çatması üçün, içəriyə doğru oyuq mövcuddur. Bəzi gitaralarda bu oyuq həm altda həm də üstdə olur. Gövdənin forması, gitara oturaraq və ya ayaq üstə ifa olunarkən ən yaxşı tarazlığı təmin edəcək şəkildə hazırlanır. Bas gitara İş prinsipi elektro gitaraya bənzəyir, lakin səsi normal gitaradan 1oktava yüksəkdir. Portedə bas gitara üçün fa açarı istifadə olunur. Hal-hazırda müxtəlif çeşidlərdə bas gitaralar mövcuddur (12 telli, 6 telli, 5 telli, pərdəsiz, başsız) Lap steel gitara Qucaqda və metal mizrabın köməkliyi ilə ifa olunur. Pərdəsiz gitara Ara səsləri vermək üçün hazırlanmışdır. Normal gitaraya çox bənzəsə də olduqca fərqli bir səs rənginə malikdir. Pərdəsiz gitaranı 1976-cı ildə Erkan Oğur türk musiqisi səslərinə olan ehtiyacı üçün yaratmışdır. Daha sonralar pərdəsiz elektro gitara, 8 telli pərdəsiz gitara, cüt saplı elektron və klassik pərdəsiz və pərdəli kimi fərqli modellərini hazırlamışdır. Weissenborn gitara Weissenborn və ya H. Weissenborn bir növ lap slide gitaradır və Los Angelesdə 1920 və 1930-cu illərdə Hermann Weissenborn tərəfindən hazırlanmışdır. Təxminən 5000-ə yaxın orjinal alət hazırlanmışdır və bir neçəsi qorunub saxlanılır. Marka hal-hazırda yeni məhsullarda istifadə olunur. | |
|
Şərhlər: 0 | |